Ermənistan baş naziri Nikol Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığı alacaq.

Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətdə olan mənbə baş nazirin arvadı Anna Akopyan və qızı Mariam Akopyanın yanvarın 14-də Moskvaya gizli səfər edəcəyini bildirib.

Məlumata görə, Paşinyanın həyat yoldaşı və qızı Rusiya vətəndaşlığını almaq proseduruna başlamaq məqsədi ilə bu ölkəyə gedirlər.

Səfərin məxfiliyi ciddi şəkildə qorunur.