.

Sülhməramlılar geri qayıdır? - Ərdoğan və Putin müzakirəsinin PƏRDƏARXASI DETALLARI

.

RusiyaTürkiyə prezidentlərinin yanvarın 13-də baş tutan telefon danışığının fərqli açıqlamaları var.

Bu barədə Metbuat.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzininin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Kremlin açıqlamasında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını AzərbaycanErmənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə məlumatlandırıb.

Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

''Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatlardan söz açıb. Birincisi, Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib.

İkincisi, Ərdoğan Putinə deyib ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır''.

“Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”.

Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlu bu sözləriylə nəyə işarə edirlər?

''Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər''.

Elxan Şahinoğlu bildirdi ki, bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə oxşar açıqlamalar Bakıdan da səslənməlidir, yəni “bölgədə elə bir əməkdaşlıq atmosferi yaradılmalıdır ki, gələcəkdə Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmasın”. Bu çox vacib mesaj olmalıdır, əks halda Rusiya Dağlıq Qarabağda əbədi qalacağını zənn edəcək və Azərbaycan ərazisində “sülhməramlılar” adı altında hərbi baza yaradacaq.

Bunun qarşısını alacaq açıqlamalar indidən səslənməlidir, Ərdoğanın və Çavuşoğlunun mesajlarında olduğu kimi...

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR