Vilayət Eyvazov rəisi vəzifədən azad etdi -

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi işdən çıxarılıb.

Metbuat.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin DYP rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov sərəncama göndərilib.

 Rəhim Zalov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR