“Beşiktaş” fianala çıxdı - Türkiyə Kuboku

Türkiyə Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Beşiktaş” “Ankaragücü”nü qəbul edib.

Metbuat.az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü yolundan kənarlaşdırmağı bacarıb.

İlk görüşdə qolsuz heç-heçəyə razılaşan komandalar bu gecə də aşağı məhsuldarlıqla yadda qalıblar. Belə ki, matçın taleyini cəmi bir qol həll edib. İstanbul klubunun futbolçusu Ernest Muçinin 70-ci dəqiqədəki dəqiq zərbəsi “qara qartallar”ı turnirin finalına çıxarıb.

Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinalda “Trabzonspor” səfərdə “Fatih Karagümrük”lə münasibətlərə aydınlıq gətirəcək. İlk oyun 3:2 qaradənizlilərin xeyrinə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı