ABŞ-dən Zelenskinin tənqidlərinə reaksiya

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ haqqında tənqidi sözlərinə reaksiya verib.

Metbuat.az xəbər verir ki, o, Zelenskinin Vaşinqtonun Moskvanın hərəkətlərini legitimləşdirməsi ilə bağlı fikirlərini cəfəngiyyat adlandırıb. Ceyms Vens, "Zelenskinin hazırda bütün hökumətini qoruyan və hərbi səylərini davam etdirən Amerika administrasiyasına hər hansı şəkildə rusların tərəfində olduğunu söyləməsi cəfəngiyatdır. Bu konstruktivlikdən uzaqdır", - deyə bildirib. Vens həmçinin vurğulayıb ki, ABŞ həllə töhfə vermək üçün Moskvanın qırmızı xətlərini anlamalı və Kiyevin nə etməyə çalışdığını başa düşməlidir.

Qeyd edək ki, Vladimir Zelenski müsahibəsində ABŞ-nin Ukrayna tərəfinin zərərinə Rusiyanın tərəfini saxladığını iddia edərək Vaşinqtona qarşı yeni tənqidlər səsləndirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı