Avropa nəhəngi Arda üçün kəsənin ağzını açdı

"Mançester Yunayted" “Real Madrid”in futbolçusu Arda Güler üçün 60 milyon avro irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" gənc futbolçulardan ibarət heytə qurmaq istəyir. “Fichajes”də dərc edilən xəbərə görə, İngiltərə nəhəngi Ardanın istedadına etibar edir. Xəbərdə deyilir ki, Arda Gülerin “Real Madrid”dəki karyerasını mövsümün sonunda veriləcək məşqçilik qərarları formalaşdıracaq. Məlumata görə, Karlo Ançelotti klubda qalarsa, futbolçunun klubu tərk etmə ehtimalı güclüdür.

Qeyd edək ki, bundan əvvəl “Real Madrid”in“Bayer Leverkuzen”in məşqçisi Xabi Alonso ilə razılıq əldə etdiyinə dair xəbərlər dərc edilib. Bildirilir ki, bu transfer reallaşarsa Arda Güler “Real”da qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı