Azərbaycanda dəhşətli qəza - avtomobil yük maşınının altında qaldı -

Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR