Fərman İsmayılovu öldürən dəniz quldurları ilə əlaqə yaradıldı

Nigeriya sahillərində “Mozart” gəmisinə edilən hücum nəticəsində qaçırılan 15 heyət üzvü barədə dəniz quldurları ilə əlaqə qurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İngiltərənin “Boren Denizcilik” şirkəti tərəfindən idarə olunan gəmi ilə bağlı şirkətin Almaniya - Hamburq ofisinə zəng edən quldurların qaçırılan heyət üzvlərinin hamısının adlarını sadaladıqları və onların yaxşı olduqları haqqında məlumat verdikləri bildirilib.

Hazırda dənizçilərin qaytarılması istiqamətində işlər davam etdirilir.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin mühəndisi həmyerlimiz Fərman İsmayılov qətlə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR