Badamdardakı sürüşmənin səbəbi məlum oldu

Badamdar yolunun sağ yamacında sürüşmə baş verib. Bununla əlaqədar mütəxəssislər ərazidə ilkin müşahidələr aparır.

Bunu Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, böyük suxur kütləsi yolu keçərək aşağı sürüşüb: "Sürüşmə dilinin minimal hündürlüyü 90 santimetrdir. Yolun aşağı hissəsində tikilmiş restoran binasının qarşı tərəfində bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə artıq dayanıqlılığını itirib, aşağı sürüşüb. İslanmış süxur kütləsinin altında su sızması müşahidə olunmaqdadır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR