Startapın müəyyən olunması meyarları təsdiqləndi

Nazirlər Kabineti startapın müəyyən olunması meyarlarını təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bundan başqa, Baş nazir “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı da təsdiq edib. Bu qərara da yuxarıda adıçəkilən qərara əsasən dəyişiklik mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR