Rusiya sülhməramlıları Qarabağda zirehli texnika ilə təlim keçib

Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

Metbuat.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər. Manevrə 200 rusiyalı hərbçi qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR