Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmaları məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, virusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.

Qeyd olunub ki, 6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə peyvənd oluna bilər.

TƏBİB-dən COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə