“Ayda izi olmayanın dünyada sözü olmaz” –

17-18-19 fevral tarixlərində Türkiyə Kosmos Agentliyinin sədri Sərdar Hüseyn Yıldırım Bakıda rəsmi səfərdə olacaq.

Metbuat.az xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanla kosmik sahədə bir sıra müqavilələr imzalanacaq. Eyni zamanda ölkəmizin kosmik sahədə potensialı və bu potensialdan necə istifadə edildiyi də təhlil ediləcək:

''Ayda, yəni kosmik sahədə izi olmayanın dünyada sözü olmaz. Biz əgər Ayda olmasaq, çox yaxın zamanda dünyada da bizə söz haqqı tanımayacaqlar. Bu hadisələrin kənarında qalmağımız mümkün deyil.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev sıx əməkdaşlıq içərisindədirlər. İki ölkə bir çox sferada əməkdaşlıq edir, bütün sahələrdə həmrəylik var. Bunu kosmik sahədə də inkişaf etdirmək istəyirik. Bunun üçün həm Azərbaycanın, həm də Türkiyənin potensialından doğru şəkildə istifadə etməliyik''.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR