SON DƏQİQƏ!

Gəncədə yaşayış evlərinin birində partlayış baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsi ev 2 ünvanında baş verib. Nəticə etibarı ilə həmin vaxt evdə tək olan 1988-ci il təvəllüdlü Məmmədov Vasif Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib. Mənzil tamamilə dağılıb.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR