Ronaldinyonun anası koronavirusdan vəfat etdi

Braziliya yığmasının keçmiş hücumçusu Ronaldinyonun anası Miqelina Eloi Dos Santos dünyasını dəyişib.

Bu barədə Metbuat.az “Diario Olé” nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, qadının ölümünə səbəb koronavirus olub. O, ötən ilin dekabrından intensiv terapiya şöbəsində yatırdı, lakin həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişdi.

Qeyd edək ki, 40 yaşlı Ronaldinyo karyerasını 2015-ci ildə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR