Peyvənd qalmaqalı - Həkimlər yaşlı şəxsləri aldadır

Braziliyada koronavirus peyvəndi ilə bağlı qalmaqal davam edir.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, həkimlərin bəzi yaşlı şəxsləri peyvənd edərkən şprislərin boş olması kameralar tərəfindən lentə alınıb. Görüntülərin yayılmasından sonra polis araşdırmalar aparır. Bir neçə tibb işçisi işdən uzaqlaşdırılıb. İddialara görə, tibb mərkəzlərində peyvəndlər qanunsuz yollarla digər şəxslərə satılır.

Həkimlər əməllərini gizlətmək üçün yaşlı şəxslərin diqqətsizliyindən istifadə edərək qanun pozuntularına yol verir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR