Bakı, 27 may, AZƏRTAC
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində çimərlik futbolu idman növü üzrə zona yarışı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Amburan” istirahət mərkəzinin çimərlik futbolu meydançasında keçirilən zona yarışında Bakı şəhəri üzrə 12 rayonun komandaları birincilik uğrunda mübarizə aparıblar.
Komanda hesabında I yeri Nəsimi, II yeri Binəqədi, III yeri Qaradağ rayonlarının komandaları tutublar.
Qaliblər nazirliyin diplom və medallarına layiq görülüblər.