Misir prezidenti Türkiyə ilə bağlı təlimat verdi -

Türkiyə ilə Misir arasında münasibətlər normallaşır.

Metbuat.az xəbər verir ki, Qahirə Türkiyənin su sərhədlərindəki hüquqlarını nəzərə alaraq, Yunanıstanla razılaşmadan imtina edəndən sonra iki ölkə arasında münasibətlərin bərpası üçün əlverişli şərait yaradıb. Türkiyə mediasının məlumatına görə, prezident Əbdül Fəttah əs-Sisi münasibətlərin normallaşması üçün daha bir göstəriş verib. O, ölkə mətbuatında Türkiyə əleyhinə yazıların dayandırılmasını tələb edib.

Qeyd edək ki, 2013-ci ildə Əbdül Fəttah əs-Sisi hərbi çevrilişlə hakimiyyətə gələndən sonra Türkiyə Misirlə əlaqələri dayandırmışdı. Misirin Türkiyənin maraqlarına ziddi olaraq Yunanıstanla su sərhədləri üzrə müqavilə imzalaması iki ölkə arasında münasibətləri daha da gərginləşdirmişdi.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR