BNA vətəndaşa 1 gündə 7 cərimə göndərdi -

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma qaydalarını pozması ilə bağlı vətəndaşa bir gündə 7 cərimə göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə bildirilib. Belə ki, taksi sürücüsü Cəlal Axundov avtomobilinin cərimə olunub-olunmamasını hər ay yoxlatdığı halda ümumilikdə 144 manat olmaqla, ayrı-ayrı vaxtlarda yazılan 7 köhnə cərimənin ona 1 gündə göndərilməsindən narazı olduğunu bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, cərimənin gec göndərilməsinin səbəbi sözügedən avtomobilin lizinq şirkətinin adına qeydiyyatda olması və tənbehlə bağlı həmin şirkətin agentliyin sorğusuna gec cavab verməsidir:

“Şirkət BNA-nın sorğusuna cavabı verəndən sonra qayda pozan sürücünün şəxsiyyəti müəyyənləşdirilir və bununla bağlı qərar rəsmiləşir. Cərimələnən şəxsə bundan sonra dərhal məlumat göndərilir"

Nəqliyyat ekspert Elməddin Muradlı isə qeyd edib ki, lizinq şirkətləri sürücüyə verdiyi etibarnaməni sistemə gec yerləşdirdiyi üçün belə hallara rast gəlinir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR