“Paşinyanın planı budur ki,

“Nikol Paşinyanın apardığı təbliğatın əsas məğzi budur ki, müstəqillik illərində normal ölkə qura bilməmişik, səhvən Türkiyə və Azərbaycanla düşmən olmuşuq”.

Metbuat.az xəbər verir ki, bunu erməni politoloq Andranik Tevanyan deyib.

O, Paşinyanın Azərbaycanın düşmən olmadığını Ermənistan cəmiyyətinin şüuruna yeritməyə çalışdığını bildirib:

“Nikol Paşinyan artıq seçki kampaniyasına başlayıb. Çantasını çiyinlərinə taxıb türklərin maraqlarını təbliğ edir. Paşinyanın fikrincə, yalnız türk dünyasını Sünik (Zəngəzur) dəhlizi ilə təmin edərək inkişaf edə və yaxşı yaşaya biləcəyik. Bütün təbliğatını da bu yöndə qurub”.

Onun sözlərinə görə, nə qədər qəribə də olsa, Ermənistanda Paşinyanın sözlərinə inanan kifayət qədər insan var:

“Başqa sözlə, Türkiyə və Azərbaycan artıq daxili siyasi proseslərimizdə fəal iştirak edəcək, onları təbliğ edən partiyalara və alqışlayan erməni auditoriyasına sahib olacaqlar.

Yeri gəlmişkən, Nikol dünən hansı yolu seçdiyini açıqladı. Keçmiş liderini (Levon Ter-Petrosyan) dinləməyəcəyini və qaçmayacağını söylədi. Kütləyə özünü sevdirən və onu sevindirən açıqlamalar verdi, öləcəyini, amma hakimiyyətdən əl çəkməyəcəyini dedi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR