x
Loading...

BBC-dən daha bir yalan: Hərbi obyekt erməni kilsəsi kimi təqdim edilir

.

Xatırlayırsınızsa, 2016-2017-ci illərdə Cəbrayılda erməni kilsəsinin tikilməsi ilə bağlı məlumatlar yayılmışdı. Bununla bağlı Ermənistan mediasında çoxsaylı xəbərlər yer almışdı. Elə həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) buna etiraz edərək bildirmişdi ki, ermənilər heç vaxt Cəbrayılda yaşamayıblar. İşğal altında olan ərazilərdə qanunsuz tikinti aparılması, o cümlədən mədəniyyət və dini obyektlərin tikintisi qeyri-qanunidir, Cenevrə konvensiyalarının və beynəlxalq humanitar hüququn tələblərinə ziddir, onların kobud şəkildə pozulması deməkdir...

Ermənilər tərəfindən Cəbrayılda inşa edilən sözügedən kilsəyə 44 günlük Vətən müharibəsi ərəfəsində zərər dəyməsini əlində “bayraq” edən ermənilər və onların təsir dairəsinə düşən BBC telekanalı isə Azərbaycana qarşı qərəzli mövqe sərgiləryir və ölkəmizi erməni kilsələrini, xristian dini obyektləri dağıtmaqda ittiham edir. Bununla bağlı bu günlərdə BBC telekanalında yayımlanan materialın məhz ermənilərin xüsusi sifarişi ilə hazırlandığı heç kimə sirr deyil.

Bəllidir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində tarixi alban xristian irsinin və məbədlərinin mənimsənilməsi azmış kimi, ermənilərin heç zaman yaşamadığı işğal olunmuş Cəbrayıl rayonunda kilsə tikmələri qəsdən münaqişəyə dini don geyindirmək, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud təkliflərə uyğun olaraq həllinə maneə olmaq idi. Şübhəsiz ki, Ermənistan və erməni kilsəsi tərəfindən həyata keçirilən bu kimi əməllər beynəlxalq humanitar hüquqa zidd olmaqla bərabər, digər səmavi dinlər kimi, sülhə, başqasının mülkiyyətinə hörmətlə yanaşmağa, insanların həyatına qəsd və digər təcavüzkar əməllərdən kənar durmağa çağıran xristian dininin təməl prinsipləri və müqəddəs İncilin təlimləri ilə bir araya sığmırdı.

Ataların bir misalı var – Oğru elə bağırdı, doğrunun bağrı yarıldı... Yaxşı, bu BBC işğal olunmuş ərazilərdə qeyri-müharibə şəraitində məqsədyönlü şəkildə məhv edilən İslam dini abidələrini görmürmü, dini ibadətgah olan məscidlərdə ermənilərin mal-heyvan, yaxud donuz saxladıqlarını bilmirmi? Əlbəttə, çox yaxşı bilir və görür...

Bu arada vurğulamaq lazımdır ki, kilsə tikilən vaxt Azərbaycan tərəfindən ATƏT Minsk Qrupu həmsədrlərinə müraciət olunmuşdu. Kİ, onlar yerində bu məsələyə baxsınlar və araşdırsınlar. Həmsədrlər yerində monitorinq apardılar, kilsənin tikintisini təsbit etdilər və bunun qeyri-qanuni olduğunu bildirdilər. Hətta göstərildi ki, bu, əslində kilsə deyil, hərbçilərin ibadəti üçün nəzərdə tutulmuş obyektdir.

Ona görə də bu gün ermənilərin və BBC-nin kilsə kimi təqdim etdiyi bu yer əslində kilsə yox, məhz hərbçilərin ibadət yeri olub. Odur ki, hərbi əməliyyatlar zamanı bu tikiliyə də zərbə dəyməsi çox normaldır. Çünki həmin tikilinin hər hansı dini və ya mədəni təyinatı yoxdur və ya müharibə gedən ərəfədə orada hər hansı bir mülki şəxsin ibadət etməsi ilə bağlı da heç bir fakt yoxdur. Çünki ermənilər heç vaxt Cəbrayılda yaşamayıblar.

Bütün bunlardan çıxan nəticə isə belədir - ermənilər işğal etdikləri ətazilərdə bütün mülki, dini, mədəni obyektləri dağıdıblar və indi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə zərbə vurmaq üçün belə mövzuları gündəmə çıxarmağa və beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırlar. Lakin dərk etmirlər ki, artıq bunların heç bir faydası yoxdur. Çünki istər müharibədən öncə, istər müharibə günlərində, istərsə də müharibədən sonra Azərbaycan həmişə haqq yolunda olub və bundan sonra da bu yolla davam edəcək! (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR