Diqqət! Bakıda bunu edənlər kamera ilə aşkar edilərək

Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər' ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.

Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı, ekologiyanın çirklənməsinə, xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

Araz Əsgərli deyib ki, belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz şəhər kameraları ilə nəzarətətdə saxlanılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR