Şuşada iki ədəd "İskəndər" raketinin qalıqları tapıldı -

Şuşada aşkarlanan iki ədəd "İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıya düşən raket qalıqları aşkar etmişik. Onlardan biri şimal-şərq istiqamətinə, digəri isə ona əks istiqamətdə aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR