x
Loading...
.

Polis 20 kq narkotik ələ keçirdi

.

Abşeron və Xaçmaz sakinləri narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərovun rayon ərazisində kirayədə yaşadığı evə baxış zamanı 3 kiloqram 360,508 qram heroin və 14 kiloqram 758,891 qram marixuana aşkarlanıb.

Abşeron polisi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovun yaşadığı evə baxış zamanı 2 kiloqram 145,6 qram heroin aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR