x
Loading...

TƏBİB Tural Abbaslının test məsələsinə cavab verdi

.

TƏBİB Ağ partiyasının başqanı Tural Abbaslının koronavirus testinin nəticəsindən narazı olmasına dair məsələyə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnarə Baxış “Qafqazinfo”ya deyib ki, bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ olmasıdır: "Bu kimi hallarla bütün dünyada qarşılaşmaq mümkündür. TƏBİB olaraq dəfələrlə bunun izahı verilib və yenidən izah etməyi özümüzə borc bilirik.

Əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarında silinir və aşağı tənəffüs yollarına keçir. Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsi ola bilər. Yəni yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik. Belə hallara Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi ondan ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getməlidir. Bu, həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir".

Qeyd edək ki, partiya rəhbəri T. Abbaslı açıqlamasında ilk gün ondan götürülən koronavirus testinin pozitiv, daha sonrakı günlər isə neqativ çıxdığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR