x
Loading...
.

Mariuopul mühasirəyə alındı: Rusiya ordusu hər an hücuma keçə bilər

.

Rusiya donanması Ukraynanın Mariupol şəhərini mühasirəyə alıb.

Metbuat.az xəbər verir ki, mediada yayılan fotolarda Rusiyaya məxsus çox sayda hərbi gəminin şəhər ətrafında mövqe tutduğu aydın görünür. Bölgədə azı 9 rus gəmisi var. Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə bilinən mənbələr Ukrayna donanmasının da Mariupol limanında mühasirədə qaldığını yazır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Avropa üzrə qoşunlarının keçmiş komandanı Ben Hoces Espreso televiziyasına açıqlamasında Rusiyanın Mariupol, Odessa, Berdyansk və digər əraziləri tamamilə ələ keçirmək niyyətində olduğunu bəyan etmişdi. O bildirmişdi ki, Moskvanın Donbas ətrafındakı fəaliyyəti diqqəti yayındırmaq məqsədi daşıyır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR