"Daha karantin olmayacaq, qoy insanlar ölsünlər" -

Böyük Britaniyanın Baş naziri Boris Consonun 3-cü dəfə sərt karantin elan etməyəcəyi barədə fikirləri qalmaqala səbəb olub.

Metbuat.az xəbər verir ki, “Daily Mail” qəzetinin iddiasına görə, o 3-cü dəfə karantin tətbiq edilməkdənsə minlərlə insanın ölümünə göz yumacağını bildirib:

“Artıq başqa karantin yoxdur. Minlərlə cəsəd üst-üstə yığılsın”.

Qəzetin iddiasına görə, toplantı zamanı Baş nazir köməkçisinə koronavirusla bağlı təzyiqlə üzləşən xəstəxanaların təhlükəsizliyi üçün hərbçilərə ehtiyac olacağını bildirib.

Məlumata görə, bu sözlərə baxmayaraq, koronavirus sürətlə yayıldığına görə, yanvar ayında hökumət 3-cü dəfə sərt karantin elan edib. Qeyd edək ki, rəsmi dairələr qəzetin iddialarını rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR