Mübariz Əsgərov MTRŞ-ya üzv təyin edildi

“Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin”.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 29-da imzaladığı sərəncamda bildirilib.
Qeyd edək ki, tanınmış telejurnalist Mübariz Əsgərov məşhur “Qulp” satirik telelayihənin müəllifidir. “Qulp” verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı efirə getmiş “Qulp” 1998-ci ildən 2013-cü ilədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, çatışmazlıqları cəmiyyətin özünə göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR