Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb

Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb
17:05 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub. Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.
O qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR