Bakı Zooparkının açılmağına az qalıb

İki ildən artıqdır təmirə bağlanan Bakı Zooloji Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Zooparkdan məlumat verilib. Bildirilib ki, parkda təxminən 2-2,5 aylıq iş qalıb. Təmir işləri tam bitəndən sonra Bakı Zooparkı ziyarətçilərin üzünə açılacaq:

“Hazırda pandemiya şəraiti olduğuna görə təmirin nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt deyə bilmirik. Açılışdan sonra ziyarətçiləri bir çox xoş sürprizlər gözləyir. Zooparkın ərazisi 2 hektar böyüdülüb və 4 hektara çatdırılıb. Burada saxlanılan heyvanların sayı da artırılıb. Həmçinin akvariumlar, terrariumlarla, heyvanların yaşayış arealı ilə bağlı yeniliklər olacaq”.

Qeyd edək ki, Bakı Zooparkında 2019-cu ilin fevral ayından bəri təmir işləri aparılır. Zooparkdakı heyvanlar Qaradağ rayonunda yaradılmış müvəqqəti sığınacağa yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR