ABŞ-da Nizami Gəncəviyə həsr edilmiş konsert oldu

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yaşayan Əməkdar artist, tanınmış piano ifaçısı Emil Əfrasiyabın təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə virtual konsert keçirilib.

Metbuat.az xəbər verir ki, konsertə 100-dən çox iştirakçı qoşulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamına əsasən təşkil olunan tədbirə tanınmış teleaparıcı Saleh Bağırov moderatorluq edib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğunu nəzərə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR