3 günlük atəşkəs elan etdilər

Əfqanıstanda Taliban terror qruplaşması Ramazan bayramı münasibətilə 3 günlük atəşkəs elan edib.

Metbuat.az xəbər verir ki, bu məqsədlə qruplaşma liderləri üzvlərinə 3 gün ərzində hücum təşkil etməmək barədə təlimatlar verib. Lakin ordu taliblərə qarşı əməliyyat təşkil etsə, cavabsız qalmayacaq.

Hökumət talibanın açıqlamasına hələlik münasibət bildirməyib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR