Çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış "Formula"ya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı?".
Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi yay tətilinə çıxmasına 20 gün qalmış məktəblərin açılmasından gileylənib.
"Uşaqlar güc-bəla ilə onlayn dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən, səhər saatlarla və dərsdən qayıdanda tıxacda... Ağızlarında səhərdən 8 saat maskayla bu uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir? Adi insanları düşünən var? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin? 2020-nin martından əziyyət çəkirik də onsuz da".
