Samira Əfəndi "Avroviziya-2021" mahnı müsabiqəsinin finalına çıxıb -

Niderland Krallığının Rotterdam şəhərində "Avroviziya -2021" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Metbuat.az xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq "Mata Hari" mahnısını ifa edib. Birinci yarımfinaldan finala Norveç, İsrail, Rusiya, Azərbaycan, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri vəsiqə qazanıblar.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR