"Avroviziya"nın qalibi koronavirusa yoluxdu

"Avroviziya 2019" mahnı müsabiqəsinin qalibi, Niderland təmsilçisi Laurens Dunkan "Avroviziya 2021"in finalında oxumayacaq.

Metbuat.az xəbər verir ki, L. Dunka yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğuna görə, mayın 22-də Rotterdamda keçiriləcək finalda çıxış etməyəcək.

Qeyd edək ki, müğənninin Covid-19 testinin nəticəsi mənfi olduğu üçün birinci yarımfinalda ifa etmişdi, lakin mayın 19-u axşamdan etibarən onda xəstəliyin əlamətləri qeydə alınıb.

Laurens Dunkan, "Avroviziya 2019" mahnı müsabiqəsinin qalibi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR