Şimali Koreya liderindən koronavirus peyvəndi barədə İNANILMAZ ADDIM

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirus peyvəndlərinin istifadəsinə qadağa qoyub.

Metbuat.az xəbər verir ki, “Asia News” portalının iddiasına görə, bir neçə gün əvvəl yüksək rütbəli şəxsin peyvənd olunduqdan sonra vəfat etməsi Kim Çen Inı belə qərar almağa vadar edib. Bildirilir ki, o həmçinin paytaxt Pxenyandakı xəstəxanalarda Çin mənşəli dərmanların da istifadəsini qadağan edib.

Qeyd edək ki, Şimali Koreya hökumətinin açıqlamasına görə, bu günə qədər ölkədə koronavirusa yoluxma qeydə alınmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR