Bakılı uşağın 300 minlik oyuncağı (VİDEO,FOTO)

17:51 18 Yanvar 2015
150 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yanvarın 16-dan 17-nə keçən gecə keçirdiyi reyd zamanı təxminən 300 min manatlıq dəyəri olan avtomobil cərimə meydançasına aparılıb. Buna səbəb isə həmin avtomlbilin pərdə ilə idarə edilməsidir. Üstəlik, sürücü yol polisinə tabe olmayaraq qaçdığı üçün maşını cərimə meydançasına gedib.

XX-609- AZ TR 15 dövlət nömrə nişanlı, son model "Galendewagen" markalı bu avtomobil "Meqapolis" restoranının yanında saxlanılıb. Avtomobili saxlayan Bakı şəhər DYPİ-nin tağım komandiri, mayor Cəmşid Hənifəyev Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitəsini idarə edən gənc sürücü maşını saxlayandan sonra düşüb qaçıb: "Düşən kimi maşının qapılarını bağlayıb restorana girdi. Əməkdaşlarımız onu tapa bilsələr də, maşına yaxın gəlmədi. Açarları verib, özü isə restorana oturub öz kefindədir".

İlkin araşdırmalar zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Ümumiyyətlə, onun heç sürücülük vəsiqəsi almağa yaşı da çatmır. Polisdən qaçmağının səbəbi də bu imiş.
Yol polisləri həmin şəxsi sonradan tapa bilməsələr də, maşını cərimə meydançasına aparıblar. Hazırda araşdırmalar davam etdirilir.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR