"Rusiyanın köməyi erməni dostlarımız tərəfindən yüksək qiymətləndirilir" -

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları uğurla icra olunur.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

XİN rəhbəri deyib ki, bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması ilə əlaqədardır.

"Rusiyanın köməyi erməni dostlarımız tərəfindən yüksək qiymətləndirilir. Rusiya ilə Ermənistan arasındakı münasibətlərin yalnız Dağlıq Qarabağ problemi ilə məhdudlaşmadığını anlamaq vacibdir. Ən yüksək və digər səviyyələrdə görünməmiş dərəcədə aktiv və etibarlı siyasi dialoq qurduq. Təkcə bu il liderlərimiz iki dəfə görüşdü və bir çox telefon danışıqları oldu. May ayının əvvəlində İrəvana səfər etdim. Parlamentlərarası mübadilə də davam edir", - deyə Lavrov vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR