İsraildə siyasi "çaxnaşma": Netanyahu təcili toplantı çağırdı

İsrail müxalifətinin koalisiya hökumətinin qurulması barədə razılaşması Baş nazir Binyamin Netanyahunu hərəkətə keçirib.

Metbuat.az xəbər verir ki, hökumət başçısı müxalifətin koalisiya qurmasına mane olmaq üçün dəstəkçilərini təcili toplantıya çağırıb.

Qeyd edək ki, Naftali Benet və Yair Lapid koalisiya hökumətinin qurulması barədə razılığa gəlib.Razılaşmaya görə, Naftali Benet və Yair Lapid növbəli şəkildə səlahiyyət müddəti 2 il olmaqla Baş nazir postunda olacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR