Yadplanetlilərlə bağlı İNANILMAZ SİRLƏR AÇILDI:

ABŞ-ın tanınmış fiziki Adam Frank naməlum uçan obyektlərlə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, son günlər yadplanetlilərin olduğu barədə yayılan videolar şübhəlidir. O bildirib ki, bu hadisəni yadplanetlilərlə əlaqələndirmək üçün kifayət qədər detal yoxdur. Alim Pentaqonun açıqlamasına isə belə münasibət bildirib:

“Bəzi pilotlar uçan obyektlərlə qarşılaşır. Obyektlər fizika qanunlarına uyğun olmayan sürət və trayektoriya ilə uçur. Lakin bu bizə uçan obyekti yadplanetlilərlə əlaqələndirməyə əsas vermir. Hadisəyə şahidlik edən pilotun açıqlamlarına görə fikir söyləmək doğru deyil. Pilot sürəti doğru ölçə bilməz. “Çox yaxında hərəkət edirdi, çox sürətli uçurdu” kimi deyimlərin əsası yoxdur. Məsələn həmin obyektlər Rusiya və Çin kimi ölkələr tərəfindən ABŞ-ın müdafiə sistemlərini araşdırmaq üçün göndərilən dronlar ola bilər. Yadplanetlilər tez-tez dünyaya gəlirsə onda niyə “Ağ ev”ə enib özlərini göstərmirlər. Əgər yadplanetlilərin “The X-Files” filmində olduğu kimi insanlardan gizlənmək fikirləri varsa, onda bu sahədə çox bacarıqsızdırlar”.

Qeyd edək ki, Pentaqon hərbi gəminin yaxınlığında görünən uçan naməlum obyektlə bağlı araşdırmalara başladıqlarını bəyan edib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR