Ramiz Əzizbəylinin səhhətində irəliləyiş yoxdur

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Metbuat.az xəbər verir ki, sənətçinin qızı Xədicə Əzizbəyli "Report"a açıqlamasında atasının vəziyyəti stabil-ağır olaraq qaldığını bildirib.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR