Sosial şəbəkələrdə ən aktiv mobil operator

Hazırda Azərbaycan mobil operator bazarında üç mobil operator şirkəti rəqabətdədir. Hər üç mobil operator göstərdiyi xidmətin keyfiyyətinə görə olduqca fərqlənirlər.

Metbuat.az sosial şəbəkələrdə aktivliyi ilə diqqət mərkəzində olan mobil operatorları araşdırıb.


Əsasən “Facebook”, “Instagram”, “Twitter” üzərindən apardığımız araşdırmanın nəticəsində bəlli oldu ki, Azercell mobil rabitə şirkəti, hər üç sosial şəbəkədə aktivlik nümayiş etdirir.

"Azercell Telekom" MMC ən çox bazar payı və 4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur. Azercell fəaliyyətə başladığı 1996-cı ildən etibarən Azərbaycanın mobil kommunikasiya sektoruna qoşulub. Azərbaycanın mobil rabitə bazarındakı payı 51,3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Sosial şəbəkələrdə də şirkətin problem və təkliflərə reaksiyası operativdir.

Facebook sosial şəbəkəsində şirkəti 489 299 abunəçi bəyənib. Mütəmadi olaraq, gün ərzində istifadəçilər şirkətin yeni məhsul və təklifləri barədə məlumatlandırılır.

Azercell-in "Instagram"dakı istifadəçi sayı 137 mindir. Rəsmi olaraq “Instagram” Azercell-in səhifəsini təsdiq də edib. İstifadəçilərin bu mobil operatorun xidmətlərinə də münasibəti yaxşıdır. Bunu sosial şəbəkə hesablarında paylaşılar status və postlara yönlənən şərhlərdə də görmək olar. Bundan başqa, Azercell “Twitter” və “Tik-Tok” üzərindən də edilən paylaşımları ilə diqqət çəkir.


Ölkənin ilk mobil rabitə xidmətini göstərən Bakcell şirkəti də cuzi istifadəçi fərqi ilə rəqib operatordan geri qalır. Bakcell 1994-cü ilin mart ayında GTİB şirkəti və Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən Birgə Müəssisə kimi təsis edilmişdir. Şirkətin rəsmi səhifəsindən əldə etdiyimiz məlumata görə, 8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 89,5%-ni əhatə edir. 22 fevral 2011-ci ildə Bakcell-in “Facebook” səhifəsi təsis edilib.

Hazırda 406 548 istifadəçi Bakcell-i “Facebook”da izləyir. Şirkət mobil operator bazarında olan yeni xidmət və təkliflər barədə mütəmadi olaraq abunəçilərini məlumatlandırır. Bakcell-in də şikayət və təkliflərə reaksiyası operativdir. Bunu izləyicilərin yazdığı problemlərin altından görülən şərhlər də sübut edir.

“Instagram”da Bakcell-in abunəçi sayı 86 059 nəfərdir. “Twitter”də isə Bakcell-i 22 mindən çox şəxs izləyir. Adətən atılan tvitlər gündəm mövzular ilə bağlı olur.

Ölkənin ən gənc mobil operatoru olan Nar - Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanıdır.

"Azerfon" şirkəti fəaliyyətinə 2007-ci ilin 21 mart tarixində "Nar Mobile" ticarət nişanı ilə başlamışdır və qısa vaxt ərzində Azərbaycanın telekommunikasiya və mobil rabitə sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən birinə çevrilmişidir. Şəbəkə Azərbaycanın bütün ərazisini əhatə edir. Hazırda abunəçilərinin sayı 2,5 milyondur.

"Nar Mobile" “Faceboook”, “Instagram” və “Twitter”də aktiv olaraq müştərilərinin maraqlarını qorumağa, suallarına cavab verib onları yeni təklif və xidmətlərlə diqqətini çəkməyə davam edir.

Hazırda “Nar”ın “Facebook” üzərindən izləyici sayı, 354 893 nəfərdir. “Twitter” də isə 7 mindən çox insan bu mobil operatoru izləyir. “Instagram”da Nar-ı izləyənlərin sayı isə 74 mindir. Bu sosial şəbəkədə əsasən nar nömrələrin satışı həyata keçirilir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR