Cibutinin dövlət başçısı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Qardaş Azərbaycan xalqının əlamətdar milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə və xalqınıza daha böyük tərəqqi, rifah və firavanlıq arzulayıram.

Cibuti Hökuməti və xalqı da bu təbriklərə qoşularaq, Azərbaycan xalqına rəğbət və dostluq duyğularını ifadə edir.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, uzaqgörən rəhbərliyinizlə ölkənin inkişaf istiqamətlərinin şaxələndirilməsi nəticəsində əldə olunan iqtisadi dirçəliş alqışa layiqdir.

Ölkəmiz Azərbaycanla bir çox məsələlərdə həmrəydir. Qətiyyətlə inanırıq ki, xalqlarımızın firavanlığı naminə iki ölkənin strateji tərəfdaşlığını və qarşılıqlı faydalı mənafelərini dəstəkləmək əzmi də bundan qaynaqlanır.

Cənab Prezident, bir daha Sizə ən xoş arzularımı çatdırır, milli bayramınız münasibətilə qardaş salamlarımı qəbul etməyinizi xahiş edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR