Müşfiq Şahverdiyev elə rol oynadı ki, Ermənistan ombudsmanı

Sosial mediada Azərbaycanlı aktyor Müşviq Şahverdiyevin də çəkildiyi kiçik bir səhnə dolaşmaqdadır.

Metbuat.az xəbər verir ki, bu səhnədə onun özü də daxil olmaqla bir neçə aktyor əsir erməni əsgərlərinin rolunu oynayır. Hər halından komik səhnə olduğu bilinən paylaşımda guya Azərbaycan əsgərləri əsir erməniləri müxtəlif şüarlar səsləndirməyə “məcbur” edir.

Maraqlıdır ki, bu video Ermənistanın da diqqətini cəlb edib. Hətta o həddə ki, Ermənistanın ombudsmanı Arman Tatoyan videonun üzərinə rəhbərlik etdiyi qurumun loqosunu da yapışdıraraq “azərbaycanlıların erməni əsirlərə işgəncə verməsinin danılmaz dəlili” kimi beynəlxalq qurumlara göndərib.

Ermənistan ombudsmanı bununla da qalmayıb, öz xalqına da bu materialdan istifadə edərək yalan təbliğat sırımaqdadır.(Bayraqdarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR