Uels millisinin üzvü: Bakıda Türkiyəni məğlub etmək üçün ilk qolu vurmalıyıq

“Avro-2020”nin qrup mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşacaq Uels millisinin üzvü Co Morrel açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə Bakıda Türkiyə millisinin çoxlu fanatı olduğunu bilirlər:

“Stadionda Türkiyənin çoxlu tərəfdarı olacağı dəqiqdir. Bu bizim üçün üstünlük də ola bilər. Ümid edirəm ki, türk azərkeşlərin meqativ enerjilərini meydançaya ötürməsini təmin edə bilərik. Onları susdurmaq üçün ilk qolu vurmaq önəmlidir.

Qeyd edək ki, Türkiyə-Uels qarşılaşması iyunun 16-da baş tutacaq.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR