"Sumqayıt" yeni qapıçı aldı -

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb.

Metbuat.az xəbər verir ki, komanda son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Tərlan “Sumqayıt” FK-da “1” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-2017-ci illər arasında da komandamızda çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə ümumilikdə 11 oyun keçirib. Qapıçı son klubu “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR