"Golden Palm Awards" bəzi nominantlarını təqdim etdi -

Paytaxtımızın ev sahibliyi edəcəyi 8-ci beynəlxalq "Golden Palm Awards" layihəsinin qala gecəsi 30 iyun tarixində "Four Seasons Baku" otelində baş tutacaq.

Metbuat.az xəbər verir ki, qala gecədən bir gün öncə "Elvet Steak House"da qonaqlar üçün ziyafət təşkil olunacaq. Ziyafətin xüsusi qonağı isə tanınmış müğənni Rilayadır. "Reputation Inc" və "Big Creative" şirkəti tərəfindən təşkil olunacaq layihədə nominantların bəzilərinin adları artıq ictimaiyyətə təqdim olunub:

Qənirə Paşayeva (millət vəkili)

Faiq Ağayev (xalq artisti)

Röya Ayxan (xalq artisti)

Adel İbrahim (Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri)

Ayten Mirzoyeva ("Vasconi Architects" beynəlxalq şirkətinin Vitse-prezidenti)

Cəlal Kəngərli ("Kengerli Company" şirkətinin rəhbəri)

Selim Uyar ("Permak" holdinqin rəhbəri)

Mohamed El Sahili (Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri)

Eduard Məmmədov (peşəkar kikboksçu, dünya və Avropa çempionu)

Elsevər Əliyev ("AZEA İnşaat" şirkətinin rəhbəri)

Nigar Abbasbəyli (rəssam, "Miras" brendinin təsisçisi)

Zəhra Bədəlbəyıi (şairə, ictimai xadim)

Günel Behbudova (dəb dizayneri)

Pərvin Şərifov (səmti Müəyyənetmə İdman Federasiyasının vitse-prezidenti)

Ramil Rzayev ("Baku Holiday Travel" şirkətinin rəhbəri)

Könül Ağamirova (plastik estetik cərrah)

Sevgi Ekiyor (estetik cərrah)

Emir Nəcəbov ("Soel Parfum" şirkətinin rəhbəri)

Kamilla Verdiyeva (iş xanımı)

Elçin Əmirov ("MOST" jurnalının redaktoru)

Qeyd edək ki, paytaxtımızda ilk dəfə baş tutacaq möhtəşəm mükafat mərasiminin 7-si Türkiyədə keçirilib və cəmiyyətin böyük rəğbətini qazanıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR