Amreyev səfər öncəsi Ərdoğana niyə zəng etdi? -

Bağdad Amreyev Türkmənistana səfər öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıb. Ehtimal ki, telefon danışığı zamanı Ərdoğan Amreyevlə Türkmənistanın TDƏŞ-ə üzv olması imkanları ilə bağlı fikir mübadiləsi aparıb. Ankara Aşqabadın təşkilata daxil olmasında maraqlıdır.

Bu sözləri Metbuat.az-a politoloq Teymur Qasımlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin Türkmənistana baş tutan səfərini şərh edərkən deyib.

O bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Türkmənistan digər türk dövlətlərinə nəzərən fərqli bir yol seçdi:

“Rəsmi Aşqabad uzun müddət heç bir hərbi ittifaqa üzv olmayaraq bitərəf mövqeyini qorumağa üstünlük verdi. Bu ölkə hətta türk ölkələrinin iştirak etdiyi təşkilatlarda belə yer almadı. Lakin bu gün beynəlxalq vəziyyət sürətlə dəyişir və bunu Türkmənistan da anlayır.

Son illər bu ölkənin xarici siyasətdə əvvəlki illərə nisbətən daha istəkli olması müşahidə edilir. Amreyev də Türkmənistanın TDƏŞ-ə üzv olması imkanlarını müzakirə edəcək. Düşünmürəm ki, bu tezlikdə Türkmənistan TDƏŞ-ə üzv olsun. Ancaq ilkin mərhələdə rəsmi Aşqabadın təşkilata müşahidəçi qismində qatılması mümkündür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR