Azərbaycanda dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb,

Neftçalada dənizdə boğulan üç nəfərin meyiti sudan çıxarılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, iyulun 5-də axşam saat 18:00 radələrində Neftçalanın Şirvanlı kəndi ərazisində qeyri-çimərlik ərazidə rayon sakinləri - 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu, 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu boğulub. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Dalğıc-axtarış əməliyyatları zamanı boğulan 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR