Nazirlik Kamandar Nəsibovu məhkəməyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Nəsibov və Partnyorları" Vəkil bürosunun sədri, tanınmış vəkil Kamandar Nəsibovu məhkəməyə verib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı vəkil barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Filialın iddiası məhkəmə tərəfindən qəbul edilib. Məhkəmə işi hakim Aysev Almasovanın icratına verilib.

İş üzrə hələlik məhkəmənin vaxtı təyin edilməyib.

Xatırladaq ki, K. Nəsibov ölkənin ən tanınmış hüquqşünaslarındandır. O, MTN generalı Akif Çovdarov və digər tanınmış şəxslərin vəkili olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı